Yәmәndә gәrginlik davam edir

Sanada törədilmiş silsilə partlayışlar nəticəsində xeyli sayda adam ölüb

308089
Yәmәndә gәrginlik davam edir

Yəmənin paytaxtı Sanada törədilmiş silsilə partlayışlar nəticəsində 31 nəfər hәyatını itirib. Partlayışlar nəticəsində onlarla adam yaralanıb.
Məlumata görə, şəhərin müxtəlif yerlərində (əsasən də məscidlərin və üsyançı husilərlə əlaqəli obyektlərin yaxınlığında) bir-birinin ardınca 5 güclü partlayış törədilib. Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr