Tel Abyadda həyat normala dönməyə başladı.

Vətəndaşlar qəsəbəyə geri dönməyə başladı

307446
Tel Abyadda həyat normala dönməyə başladı.

Suriyada kürd qrupların DEAŞ-ın əlindən aldığı Tel Abyadda həyat normala dönməyə başladı.

Qarşıdurmalar əsnasında qaçan vətəndaşlar qəsəbəyə geri dönməyə başladı.

Qəsəbəyə bağlı bəzi kəndlərdən hələ də silah səsləri gəldiyi, ancaq mərkəzdə idarənin tamamilə kürd qrupların əlində olduğu ifadə edilir.

Qarşıdurmalar səbəbiylə 20 mindən çox vətəndaş Tel Abyadı tərk edib , bəzi müşahidəçilər kürd olmayan əhaliyə istiqamətli bir Köç siyasəti tətbiq edildiyini ifadə etmişdi.

Tel Abyadı itirən terror təşkilatı DEAŞ isə hücumlarını Halepin  şimalında müxaliflərin nəzarətindəki bölgələrə sıxlaşdırdı.

Digər tərəfdən müxaliflərlə  Əsəd güvvələri arasındakı qarşıdurmalar da davam edir.

Müxaliflər ölkənin cənubundakı Kuneytrada Əsəd güvvələrinə qarşı yeni bir hücum başlatdı.

Əsəd rejimi isə Şam çölündə müxaliflərin nǝzarǝtindǝki  bölgələrə bomba yağdırdı, 18 vətəndaş həyatını itirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr