Qarabağ qərarı və Ermənistana şok zərbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Baş İdarəsi Azərbaycanlı köçkünlərin evlərinə dönmələrinə maneə törədən Ermənistanı ittiham edib.

306691
Qarabağ qərarı və Ermənistana şok zərbə

  AİHM-in Məhkəmə qərarına görə, “Ermənistan Avropa İnsan Hüquqları Konvensiyanın mal və mülkiyyətin qorunması ilə əlaqədar 1-ci Protokolunun 1-ci maddəsi, ailə və şəxsi həyata hörmətlə əlaqədar 8-ci maddəni və ümumilikdə 13-cü maddəni pozub".

  AİHM yaxınlarda Ermənistanın Azərbaycana ödəyəcəyi təzminat qərarının tarixi barədə də məlumat verəcəyini bildirib.

  Azərbaycanın Dağlıq Qarabağ parçasının işğal olunan bölgələrində Ermənistanın məsuliyyət daşıdığı barədə Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarına münasibət bildirən müşahidəçilər hesab edir ki, “Qərar icra edilərsə, yüz minlərlə azərbaycanlı qaçqın üçün torpaqalrına qapılar açılar”.

  Qeyd edək ki, Azərbaycanlı 6 nəfər 1992-ci il döyüşlərindən sonra Laçından ayrılmaq məcburiyyətində qaldıqları, illərdir ermənilərin nəzarətində olan evlərinə və torpaqlarına dönə bilmədikləri barədə 2005-ci ildə AİHM-ə müraciət ünvanlamışdı və bu müraciət bu məhkəmə qərarı ilə nəticələndi.

  Bildiyimiz kimi, Laçın bölgəsi Dağlıq Qarabağla Ermənistan arasında dəhliz rolunu oynayır və bu gün Dağlıq Qarabağ kimi Ermənistanın işğalı altındadır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr