"Kıbrıslı Rumlar da artıq mǝsǝlǝnin hǝllini istǝyir", M.Akıncı
Mustafa Akıncı BMT-nin Baş katibi Pan Gi Monun dǝvǝtilǝ Nyu-Yorka sǝfǝr edib.
Quzey Kıbrıs Türk Cümhuriyyǝti prezidenti Mustafa Akıncı Rum icmasının da artıq Adada mǝsǝlǝnin hǝllini istǝmǝyǝ başladığını bildirib.
Mustafa Akıncı BMT-nin Baş katibi Pan Gi Munun dǝvǝtilǝ Nyu-Yorka sǝfǝr edib.
Akıncı hǝrǝkǝtindǝn öncǝ İstanbulda Atatürk Hava limanında tǝşkil etdiyi mǝtbuat konfransında deyib ki, Rum icmasında mǝsǝlǝnin hǝllini istǝyǝnlǝrin sayı hǝr gün artmaqda davam edir. İki tǝrǝfin dǝ mǝsǝlǝnin hǝllinǝ ehtiyacı var vǝ bunun üçün addım atıla bilǝr.
“Rum tǝrǝfi dǝ Adada daimi hǝll yoluna ehtiyac duyur. Çünki maliyyǝ sahǝsindǝ problemlǝr var”-deyǝ vurğulayan Mustafa Akıncının sözlǝrinǝ ǝsasǝn ümum ictimaiyyǝtin rǝyinǝ görǝ Rum tǝrǝfindǝ ǝhalinin 52 faizi mǝsǝlǝnin hǝllindǝn tǝrǝfdir.
Prezident Mustafa Akıncı, Şǝrqi Aralıq dǝnizindǝki tǝbii qaz ilǝ İsrail qazının birlikdǝ Türkiyǝ üzǝrindǝn Avropaya daşınmasının tǝrǝflǝrin ortaq mǝnfǝǝtinǝ olacağını da qeyd edib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir