Kerry ilә Zәrif bir araya gәlib

ABŞ dövlәt katibi John Kerry İranlı həmkarı Məhəmməd Cavad Zərif ilә İsveçrənin Cenevrə şəhərində bir araya gəlib.

298633
Kerry ilә Zәrif bir araya gәlib

Kerry, mətbuata qapalı baş tutan görüşdәn sonra verdiyi açıqlamada hәmkarı ilә arasındakı danışıqları yüksәk qiymәtlәndirib. 

İran xarici işlər nazirinin müavini Abbas Arakçinın mәlumatına görә danışıqlar 4 İyun Cümə axşamı günü Vyanada davam edәcәk.
Zərif və Rus həmkarı Sergey Lavrov isə, Cümə axşamı günü Moskvada bir araya gələcək.
Amerika Birləşmiş Ştatları və 5 + 1 ölkələr, İranın hərbi obyektlərin yoxlamaya açılmasını istəyir ancaq İran bu istəyə müsbәt yanaşmır.

İran xarici işlər nazirinin müavini Abbas Arakçi, İranın hərbi mәrkәzlәrinә nəzarət və nüvə elm adamlarıyla görüş keçirilmәsi kimi mövzuların gündəmdə olmadığını, bunun qarşı tәrәfә bildirildiyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr