Suriyada yaralanan jurnalist Türkiyəyə gətirilib

Hosan Katan Adanada xəstəxanaya yerləşdirilib

295714
Suriyada yaralanan jurnalist Türkiyəyə gətirilib

Suriyada davam edən qarşıdurmalarda yaralanan “Reuters” müxbiri Hosan Katan müalicə üçün Türkiyəyə gətirilib. Səhər saatlarında Hələbdə iki qrup arasında çıxan qarşıdurmaları izləyən “Reuters” müxbiri Hosan Katan, açılan atəş nəticəsində yaralanıb. Suriyalı müxaliflər tərəfindən Türkiyə-Suriya sərhədinə gətirilən Katanı, Kilis Öncüpınar Sərhəd keçid məntəqəsində təcili yardım gözləyib. Vəziyyətinin yaxşı olduğu bildirilən yaralı jurnalist, Adanada özəl xəstəxanalardan birinə yerləşdirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr