DEAŞ Əl Vəlid sərhəd qapısını ələ keçirib

DEAŞ, ölkənin Suriyaya açılan sərhəd qapısı El-Vəlidi ələ keçirib.

377874
DEAŞ Əl Vəlid sərhəd qapısını ələ keçirib

İraqdakı Anbar vilayətinin mərkəzi Ramadi şәhәrinә nəzarəti әlә keçirәn DEAŞ, ölkənin Suriyaya açılan sərhəd qapısı El-Vəlidi də ələ keçirib.
İki gün әvvәl Suriya әrazilәrindәki El-Tenef Sərhəd keçid məntəqəsinә nәzarәti әlә keçirәn terror qruplaşması, İraq tərəfindəki El-Vəlid sәrhәd qapısına istiqamәtlәnib.

Sərhəd mәntәqәsini mühasirəyә salan DEAŞ silahlıları, bölgədəki İraq qüvvələrinin İordaniya sərhədinə çəkilməsindәn sonra sərhəd qapısına nәzarәti әlә keçirib. Belә ki DEAŞ sərhədin hər iki tərəfindəki keçişlərә nəzarət edə biləcək.
Digər tərəfdən İraq ordusu, şiə döyüşçülәrin köməyiylə ölkənin qərbindəki Huseybe qəsəbəsini geri alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr