Şuranın 14-cü toplantısı Bakıda işə başlayıb

Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyasının və Direktorlar Şurasının 14-cü toplantısı Bakıda işə başlayıb.

285914
Şuranın 14-cü toplantısı Bakıda işə başlayıb

Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyasının və Direktorlar Şurasının 14-cü toplantısı Bakıda işə başlayıb.
Toplantıda iştirak edǝnlǝr ǝvvǝlcǝ Bakıda çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Fondun prezidenti İsmayıl Safinin Türkiyənin sədrliyi dövründə qurumun gördüyü işlər barədə məruzəsi dinlənilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edib.
Toplantının sonunda Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Direktorlar Şurasının 2016-cı il üçün növbəti iclasının tarixi və yeri barədə qərar qəbul ediləcək. Həmçinin Baş Assambleyanın 14-cü toplantısının qərarları imzalanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr