İraqın Ramadi şəhərindən 128 min iraqlı qaçıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Adrian Edvards bu barədə açıqlama verib.

285525
İraqın Ramadi şəhərindən 128 min iraqlı qaçıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Adrian Edvards bu barədə açıqlama verib.
BMT, “DEAŞ” terror təşkilatının nəzarətində olan İraqın Ramadi şəhərindən son iki ayda 128 min iraqlının qaçdığını bildirib.
BMT-nin Cenevrə Ofisində təşkil edilən mətbuat konfransında çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Adrian Edvards, mayın əvvəllərindən bu zamana qədər Ramadidə 55 min iraqlının evlərini tərk etdiyini vurğulayaraq, “Aprel ayından bu zamana qədər isə 128 min adam Ramadidən qaçıb” deyə bildirib.
Bu arada BMT-nin Dünya Әrzaq Proqramı isə İraqa qida yardımlarını davam etdirmək üçün 108 milyon dollar yardım çağırışı edib.
Qeyd edək ki, “DEAŞ” terror təşkilatı Ramadini mayın17-i ələ keçirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr