Keri - Lavrov - Putin görüşməsi

ABŞ Dövlət katibi Con Keri (John Kerry) müxtəlif məqsədli görüşlər üçün getdiyi Rusiyada əvvəlcə həmkarı Sergei Lavrov, sonra dövlət başçısı Vladimir Putinlə görüşüb.

272416
Keri - Lavrov - Putin görüşməsi

  Putin və Keri danışıqlarının səmimi abu-havada keçdiyi bildirilir.

  Keri iki ölkə arasında ünsiyyət kanallarının daim açıq qoyulmasının vacibliyini qeyd edib. Rusiya tərəfi də Ukrayna böhranında 12 fevral Minsk müqaviləsinin əhəmiyyətinə toxunub, konstitusiya islahatı və Ukraynada əbədi sülhü Rusiyanın da istədiyini bildirib.

  Keri – Putin görüşündən sonra “Twitter”də "Keri, Putin və Lavrov İran, Suriya və Ukrayna kimi mühüm mövzularda müsbət danışıqlara gəliblər" deyə yazılıb.

  Lavrov da yazılanları təsdiq edərək razılığa gəlmə məsələlərində tərəflərin bir-birini yaxşı qəbul etdiklərini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr