Rusiyada müxalifətçilər yenə küçələrə tökülüb

Paytaxt Moskvada 2012-ci ildə "Bolotnaya” mühakiməsilə tutulananlara dəstək üçün icazəsiz nümayiş edən qrupa polis müdaxilə edib, nəzarətə alınanlar olub.

265843
Rusiyada müxalifətçilər yenə küçələrə tökülüb

  Xatırladaq ki, 2011-ci ildə Vladimir Putinin üçüncü dəfə dövlət başçılığına namizəd olması Rusiyada böyük etirazlara səbəb olmuş, müxalifətçilər etiraz nümayişləri təşkil etmişdilər. Putin yenidən seçildikdən sonra da nümayişlərin ardı-arası kəsilmədi. 2012-ci ilin 7 mayında Putinin prezident kreslosuna oturacağı gündən bir gün əvvəl isə Moskvanın Bolotnaya meydanında izdihamlı mitinq zamanı polis və nümayişçilər arasında qarşıdurma çıxdı, 100-lərlə adam nəzarətə alındı. Nəzarətə alınanlardan bəziləri həbs olundu, bəzilərinin isə məhkəmə prosesi hələ də davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr