İpǝk Yolu Konfransı

İpək Yolu ölkələrinin enerji və nəqliyyat imkanlarına həsr edilmiş 10-cu İllik İpək Yolu Konfransı Çikaqoda keçirilib.

263163
İpǝk Yolu Konfransı

İpək Yolu ölkələrinin enerji və nəqliyyat imkanlarına həsr edilmiş 10-cu İllik İpək Yolu Konfransı Çikaqoda keçirilib.
Konfrans Çikaqoda yerləşən Şimali İlinoys Universiteti və Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin (CAPRC) təşkilatçılığı baş tutub.
Konfransda tarixi İpək Yolu üzərində yerləşən Çin, Mərkəzi və Cənubi Asiya ölkələri, Türkiyə vǝ Azərbaycan nümayəndələri iştirak edib. Tǝdbirdǝ ayrı-ayrı ölkələrin enerji, nəqliyyat və biznes imkanları müzakirə edilib.
Enerji və Təbii Sərvətlər Nazirliyinin Enerji tranzit daşıyıcıları idarəsinin rəisi Rǝha Aykul Türkiyənin enerji və nəqliyyat dəhlizi kimi imkanları barədə məlumat verib.
Rǝha Aykul çıxışı zamanı Türkiyədə əsas investisiya layihələrindən olan TANAP layihəsi barədə məlumat tǝqdim edǝrǝk bu layihənin reallaşmasında, habelə Avropanın təbii qaz bazarlarının təminatında Azərbaycanın əhəmiyyətli rolundan tǝqdirlǝ danışıb.
Tədbirdə iştirak etmiş Qazaxıstanın ABŞ-dakı Səfirliyinin müşaviri Nurqali Aristanov da, ölkəsindən Avropa istiqamətində keçən əsas nəqliyyat-tranzit layihələrinin reallaşmasında Azərbaycanın əhəmiyyətinə toxunub.
Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşı Natiq Baxışov çıxış edərək, regionda Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən əsas enerji və nəqliyyat layihələri – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat çatdırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr