ABŞ dörd DAEŞ liderinin başı üçün ənam verəcək

Amerika Birləşmiş Ştatları tərəfindən terror təşkilatı liderlərinin yerləri haqqında məlumat gətirənlərə ümumi dəyəri 20 milyon dollara çatan mükafat veriləcək.

263155
  ABŞ dörd DAEŞ liderinin başı üçün ənam verəcək

  ABŞ Xarici İşlər Nazirliyindən verilən şərhdə deyilir ki, "Ədalət üçün mükafat" adı altında DAEŞ liderlərindən Əbdülrəhman (Abdulrahman) Mustafa Əl Kaduli üçün 7, Əbu Məhəmməd əl Adnani və Tarkan Tayumurazoviç Batiraşvili üçün 5, Tarık ibn Əl Tahar ibn Əl Falih Əl Avni Əl Harz üçünsə 3 milyon dollar mükafat ayrılıb.

  Qeyd edək ki, Kaduli İraq Əl-Qaidəsinə qatılmış üst səviyyə bir DAEŞ üzvü, Adnani DAEŞ-in spikeri, Batiraşvili Suriyanın şimalındakı DAEŞ komandiri, Harzi isə təşkilatın Suriyanın şimal sərhədi bölgəsindəki lideridir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr