Nüvə müzakirələrində yeni dayanacaq - Vyana

İranla BMT-nin 5 daimi üzvü ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa ilə birlikdə Almaniyanın da olduğu 5 + 1 qrupu arasında nüvə müzakirələrinin yekun razılaşma mətni üzərində danışıqlar 12 mayda Avstriyanın paytaxtı Vyanada davam edəcək.

262083
Nüvə müzakirələrində yeni dayanacaq - Vyana

  İran Xarici İşlər nazirinin müavinləri Abbas Araqçi (Arakcı) və Məcid Taxtrəvançi (Tahtevanci) ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katib müavini Helqa Şmit (Helga Schmidt) tərəfindən cümə axşamı günündən bu yana Nyu (New) Yorkda davam edən danışıqlar bu gün sona çatacaq. Görüşlər 7 maya qədər texniki və hüquqi mütəxəssislər səviyyəsində davam edəcək.

  Yekun razılaşma mətni üzərindəki müzakirələr 12 may çərşənbə axşamı günü Vyanada yenidən yüksək səviyyədə başlanacaq.

  Xatırladaq ki, tərəflərin 1 apreldə əldə etdikləri razılığa görə mətn 30 iyuna qədər imzalanmağa hazır olmalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr