Müxalifət qüvvələrinin qisası

Suriyada müxalif qüvvələr Amiriyə bölgəsindəki hökümət qüvvələrinin qərargah olaraq istifadə etdikləri binalara toplarla hücum təşkil ediblər.

261747
Müxalifət qüvvələrinin qisası

Ötən gün Suriyada, Əsəd rejiminə aid helikopterin Hələbdəki məktəblərdən birinə çəllək bombasıyla təşkil etdiyi hücumdan sonra müxalif qüvvələr də Amiriyə bölgəsindəki hökümət qüvvələrinin qərargah olaraq istifadə etdikləri binalara toplarla hücum təşkil ediblər.
Müxaliflər bölgədəki hədəfləri müvəffəqiyyətlə məhv etdiklərini bildiriblər. Əsəd güclərinin isə məktəbə təşkil etdiyi hücumda 11 şagird həyatını itirib.
Yalnız Əsəd tərəfdarlarının olduqları yerlərə hücum etdiklərini qeyd edən müxaliflər yaşayış yerlərinə heç bir zaman hücum təşkil etməyəcəklərini bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr