Ukraynada atəşkəs yenə atəşə tutulub

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynanın şərqindəki atəşkəs pozuntularını pisləyib.

260662
Ukraynada atəşkəs yenə atəşə tutulub

  ATƏT-in dövri sədri və Serbiya Xarici İşlər naziri İvina (Ivica) Daciç deyib: “Donetsk və Şirokin (Shyrokyne) ətrafında artan qarşıdurmalar və qadağan olunan ağır silahlardan istifadə narahatlıq doğurur”.

  Daciç bütün tərəfləri qeyd-şərtsiz və tam olaraq atəşkəs müddətinə hörmət etməyə, düşmənliyi sona çatdırmağa və Minsk razılaşmasının qərarlarını tətbiq etməyə çağırıb.
İvina Daciç: "Hal-hazırda siyasi müddətə vaxt qazandırmağa ehtiyac var. Bütün tərəfləri bu nəticəyə istiqamətli səylərə əməl etməyə çağırıram" deyib. Bundan başqa, dövri sədr ATƏT-in Ukrayna Xüsusi Müşahidə Missiyası müşahidəçilərinin təhlükəsizliyinin təmin edilməsi və işlərinin asanlaşdırılmasına çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr