Müqavilə mətninin yazılışı davam edir

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif başçılıq etdiyi İran heyətilə birgə cümə axşamı günündən bu yana anlaşma mətninin hazırlanması üçün New Yorkdadır.

260874
Müqavilə mətninin yazılışı davam edir

  BMT-nin 5 daimi üzvü olan ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa ilə birlikdə Almaniyanın da iştirak etdiyi 5 + 1 qrupu ilə Nyu (New) Yorkda olan nüvə müzakirələrində razılaşma mətninin yazılışının davam etdiyini, ancaq hələ bir çox mötərizə olduğunu bildirən Məhəmməd Cavad Zərif Twitter hesabından paylaşdığı məlumatda deyib: "Çıxarılan bu saxta böhranı sonlandırmağa və yeni üfüqlər açmağa qərarlıyıq".

  Qeyd edək ki, İranla 5 + 1 qrupu arasında olan müzakirələrdən sonra 2 apreldə razılıq əldə olunub. Hal-hazırda tərəflər son razılaşma mətnini 30 iyuna qədər çatdırmağa və imzalamağa hazırlaşır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr