Peşmərgələr vəzifələrini tamamlayaraq Suriyanı tərk ediblər

Kobaniyə altı ay əvvəl göndərilən peşmərgələr, vəzifələrini tamamlayaraq Suriyanı tərk ediblər.

256055
Peşmərgələr vəzifələrini tamamlayaraq Suriyanı tərk ediblər

Kobaniyə altı ay əvvəl göndərilən peşmərgələr, vəzifələrini tamamlayaraq Suriyanı tərk ediblər.
Şimali İraq Kürd Rǝhbǝrliyinin Türkiyənin keçid icazəsi ilə 150 nəfərlik ilk peşmərgə qrupu, “DEAŞ”a qarşı döyüşməsi üçün Kobaniyə göndərilmişdi.
Həftələrlə davam edən qarşıdurmalara qoşulan peşmərgələr, qəsəbənin PYD qüvvələrinin əlinə keçdikdən sonra İraqa geri dönmüşdülər.
Kobanidə olan 112 nəfərlik son qrup isə Şanlıurfa Hava Limanından Ərbilə gedib.
Peşmərgələrin silah və təchizatları yük avtomobillərində, polis nəzarəti ilə Habur Sərhəd keçid məntəqəsinə aparılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr