Suriyada çǝllǝk bombası ilǝ hücum

Cisr ǝş-Şuğur qǝsǝbǝsinǝ çǝllǝk bombası ilǝ etdiyi hücumda qadın vǝ uşaqların da aralarında olduğu 30 nǝfǝr hǝyatını itirib.

250224
Suriyada çǝllǝk bombası ilǝ hücum

Suriyada rejim qüvvǝlǝrinin Cisr ǝş-Şuğur qǝsǝbǝsinǝ çǝllǝk bombası ilǝ etdiyi hücumda qadın vǝ uşaqların da aralarında olduğu 30 nǝfǝr hǝyatını itirib.
Suriya İnqilab Şurasının açıqlamasına ǝsasǝn, müxalifǝt qüvvǝlǝrinin nǝzarǝtindǝ olan qǝsǝbǝyǝ edilǝn hücum nǝticǝsindǝ onlarla insan da yaralanıb.
Rejim qüvvǝlǝrinin bölgǝdǝ kimyǝvi silahdan istifadǝ etdiyi dǝ irǝli sürülüb.
Qeyd edǝk ki, İdlib şǝhǝrinin qǝrbindǝ yerlǝşǝn strateji ǝhǝmiyyǝtǝ malik Cisr ǝş-Şuğur qǝsǝbǝsinǝ nǝzarǝt şiddǝtli qarşıdurmaların ardından müxalifǝtin ǝlinǝ keçmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr