İranın dini lideri, ABŞ-nın İranı hərbi yolla təhdid etməkdə gün

İranın dini lideri Ayətullah Əli Xameneyi, ABŞ-nın İranı hərbi yolla təhdid etməkdə günahlandırıb.

242765
İranın dini lideri, ABŞ-nın İranı hərbi yolla təhdid etməkdə gün

İranın dini lideri Ayətullah Əli Xameneyi, ABŞ-nın İranı hərbi yolla təhdid etməkdə günahlandırıb. Lider ordunu bu təhdidə qarşı hazırlıqlı olmağa çağırıb. Xameneyi, yüzlərlə zabitə müraciət edərək, ABŞ-ın, nüvə silahı ilə bağlı məsələləri gündəmə gətirərək İranı təhlükə kimi göstərməyə çalışdığını bildirib. Real təhlükənin isə əslində Amerika olduğunu qeyd edən İranın dini lideri “Qarşı tərəf, açıq olaraq deməsə də bizi təhdid edir. Biz də bu ehtimala hazır olmalıyıq" deyə bildirib.
Xatırladaq ki, bu ayın əvvəllərində Tehran rəhbərliyinin nüvə proqramı mövzusunda İran ilə ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin arasındakı danışıqlarda, razılığa gəlinmişdi. Danışıqlar İranın dini lideri Əli Xameneyi tərəfindən də dəstəklənmişdi.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr