Şimali Kıbrıs Türk Cümhuriyyǝtindǝ sabah prezident seçkilǝri keç

Yeddi namizǝdin iştirak edǝcǝyi seçkinin çǝkişmǝli keçǝcǝyi güman edilir.

240817
Şimali Kıbrıs Türk Cümhuriyyǝtindǝ sabah prezident seçkilǝri keç

Şimali Kıbrıs Türk Cümhuriyyǝtindǝ sabah prezident seçkilǝri keçirilǝcǝk.
Yeddi namizǝdin iştirak edǝcǝyi seçkinin çǝkişmǝli keçǝcǝyi güman edilir.
Beş il müddǝtindǝ vǝzifǝdǝ olacaq prezident Kıbrıs müzakirǝlǝrinǝ istiqamǝt qazandıracaq lider olacaq.
Prezident Dǝrviş Әroğlu yenidǝn namizǝdliyini irǝli sürdükdǝ Mǝclisin sǝdri Sibel Siber, sabiq nazir vǝ millǝt vǝkili Mustafa Akıncı, sabiq müzakirǝçi Kudrǝt Özǝrsay namizǝdlǝr arasındadır.
Bu seçkinin fǝrqi isǝ Mǝclisin sǝdri Sibel Siberin prezidenliyǝ namizǝdliyini irǝli sürǝn ilk qadın olmasıdır.
Prezident Dǝrviş Әroğlu illǝrin tǝcrübǝsinǝ sahib olduğunu bildirǝrǝk Kıbrıs problemini bir ildǝ hǝllǝ qovuşduracağına dair söz verib.
Mǝclisin sǝdri Sibel Siber isǝ “Yeni bir enerji” deyib yeni bir nöqtǝyi-nǝzǝr vǝ siyasǝtlǝrlǝ mǝsǝlǝni hǝll edǝcǝyini bildirib.
Müstǝqil namizǝdlǝrdǝn Mustafa Akıncı özünün yeni siyasǝtlǝrilǝ mǝsǝlǝni hǝllǝ qovuşduracağını deyir.
Sabiq müzakirǝçi Kudrǝt Özǝrsay isǝ “Dünya artıq dǝyişib, yeni bin nǝsil yetişib. Vǝzifǝni artıq bu yeni nǝsil tǝhvil alacaq” deyǝrǝk bir dǝyişikliyǝ ehtiyac olduğunu vurğulayır.
Seçkidǝn sonra müzakirǝlǝrin qaldığı yerdǝn başlayacağı mövzusu xalqın seçimlǝrinin ǝhǝmiyyǝtini artırır.
Beşi müstǝqil yeddi namizǝdin yarışacağı seçkidǝ namizǝdlǝrin birinci növbǝdǝ verdiklǝri söz isǝ 50 ildir davam edǝn Kıbrıs mǝsǝlǝsinǝ daimi hǝll yolu tapmaqdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr