"Qarşı tərəf sözünü tutarsa, biz də edərik"

Həsən Ruhani “Ölkəmə tətbiq olunan sanksiyalar qaldırılmadan nüvə müqaviləsini imzalamayacağıq” deyib.

233105
"Qarşı tərəf sözünü tutarsa, biz də edərik"

  Bunu İran prezidenti P5 + 1 ölkələriylə 2 apreldə İsveçrədə nüvə barədə razılaşmadan sonra dövlət televiziyasında çıxışı zamanı bildirib və “Bu razılaşmadan əslində müzakirələrdə iştirak edən bütün tərəflər qazanacaq. İranın uran zənginləşdirməsi hər hansı bir ölkəyə zərər verməyəcək. İrana tətbiq olunan bütün sanksiyalar bu razılaşma ilə sona çatacaq. Yəni biz həm nüvə haqqlarımızı qoruduq, həm də üzərimizdə sanksiyaları sona çatdırdıq. Razılaşma təhdid deyil, dialoqla ərsəyə gəldi”.

  Qeyd edək ki, İranın nüvə proqramıyla əlaqədar razılaşma mətni 30 iyuna qədər hazırlanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr