Suriyaya keçməyə çalışan 10 xarici tutulub

Qaziantepdə qeyri-qanuni yollarla Suriyaya keçmək istəyən 10 xarici vətəndaş saxlanılıb.

230352
Suriyaya keçməyə çalışan 10 xarici tutulub

  Valilikdən verilən yazılı məlumata görə, 6 və 7 aprel tarixlərində Suriyadakı qarşıdurma bölgəsinə keçmək istəyən 5 Rusiya, 2 Kosovo, 1 İsveçrə, 1 Tacikistan və 1 Suriya vətəndaşı tutulub. Onlardan İsveçrə əsilli adamın terror təşkilatına üzv olduğu aşkarlanıb.

  Qaçaqlar sərhəddən geri qaytarılmaq üçün Təhlükəsizlik Müdirliyi Xaricilər Şöbəsinə təslim edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr