ABŞ İranla razılığa gəlmək üçün Tehrana daha bir gün vaxt verib

İranla 6-lıq ölkələri arasında nüvə proqramına dair aparılan danışıqlar prosesinin son müddəti başa çatsa da, tərəflər bu gün də müzakirələri davam etdirəcəklər.

221450
ABŞ İranla razılığa gəlmək üçün Tehrana daha bir gün  vaxt verib

İsevçrənin Lozanna şəhərində İranla 6-lıq ölkələri arasında nüvə proqramına dair aparılan danışıqlar prosesinin son müddəti başa çatsa da, tərəflər bu gün də müzakirələri davam etdirəcəklər.

Amerika Birləşmiş Ştatları hökuməti İranla razılığa gəlmək üçün Tehrana bir gün daha vaxt verib. Ağ Ev rəhbərliyi bildirib ki, Amerika hökuməti irəliləyiş olmayacağı təqdirdə, danışıqlardan geri çəkiləcək.
“Danışıqlarda mövqeyimiz dəyişməyib. Əgər irəliləyiş olduğunu görsək, prosesi yarımçıq qoymarıq. Heç bir irəliləyiş olmadığı təqdirdə isə, Amerika və beynəlxalq ictimaiyyət danışıqlarından geri çəkilməyə hazırdır. Biz danışıqlardan nələr gözlədiymizi bəyan etmişik”, - deyə Ağ Evin mətbuat katibi Coş Örnst bildirib.

Tərəflər arasında yekun razılıq olmayacağı təqdirdə, xəbərdarlıqlara baxmayaraq, danışıqlar prosesinin uzadılacağı ehtimal olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr