İranın uran problemi çözülərsə

İran, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya da daxil olmaqla P5+1 ölkələri arasında nüvə müzakirələri davam edir.

290312
İranın uran problemi çözülərsə

  ABŞ-ın dövlət katibi Mariya (Marie) Harf danışıqlarda irəliləyiş gözlənildiyini bildirib, “Təkcə İranın uran problemi çözülsə, bəzi böyük məsələlər həllinə çatar, başqa halda heç bir razılaşma əldə edilə bilməz” deyib.

  Qərb ölkələri İranın uran zənginləşdirmə nisbətini 5 faizdən aşağı endirməsini istəyir.

  İran Xarici İşlər nazirinin müavini və nüvə eksperti Həmid Baidinecat (Hamid Baidinejad) “Belə gedərsə, müzakirələrin nə zaman sona çatacağı bəlli deyil” deyib.

  Qeyd edək ki, İranla nüvə müzakirələrində anlaşma üçün son gün 31 mart tarixi təyin olunmuşdu.

  Müzakirələr İsveçrənin Lozanna şəhərində davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr