Yunanıstan prezidentinin ilk rəsmi səfəri

Yunanıstan dövlət başçısı Prokopis Pavlopulos vəzifəyə gəldikdən sonra ilk xarici səfərini Cənubi Qıbrız Rum İcmasının lideri Nikos Anastasiadisin dəvətilə Cənubi Qıbrıza edib.

288492
Yunanıstan prezidentinin ilk rəsmi səfəri

  Larnaka hava limanında Rum icmasının Xarici İşlər naziri Yannis Kasulidis tərəfindən qarşılanan Pavlopulos sonra dövlət başçısı Nikos Anastasiadislə görüşüb.

  Baş-başa və heyətlərarası görüşmələrdən sonra mətbuata açıqlama verən Nikos Pavlopulos Afinanın Qıbrız məsələsinin həlli üçün BMT qərarları çərçivəsində edilən müzakirələrini dəstəklədiyini bildirib.

  Anastasiadis də Pavlopulosa Qıbrız məsələsindəki son proseslərdən danışaraq “istər Yunanıstandakı, istərsə Cənubi Qıbrızdakı iqtisadi vəziyyəti və hər iki ölkədə ediləcək islahatları yaxından təqib etdiklərini” bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr