Qadın millət vəkilinə hücum olub

Deputat Hanin Zuabiye içərisində su olan butulka atılıb.

247460
Qadın millət vəkilinə hücum olub

İsraildə qadın millət vəkilinə hücum olub.
Ramat-Qan şəhərində bir konfransda iştirak edən Ərəb əsilli deputat Hanin Zuabiye içərisində su olan butulka atılıb.
Polisin nəzarəti ilə millət vəkili salondan çıxarıldıqdan sonra hadisənin səbəkarı olan 28 yaşındakı İsrailli həbs edilib.
Konfrans zalında uzun müddət əleyhinə şuarlar səsləndirilən millət vəkili isə polisi lazımi təhlükəsizlik tədbirləri görməməkdə günahlandırıb.
Qeyd edək ki, 45 Yaşındakı Zuabi 2009-cu ildə keçirilən Parlament seçkiləri zamanı Ərəb partiyasından mandat qazanan ilk qadın millət vəkili olaraq bilinir.
Zuabi 2009-cu ildə Qəzza bölgəsinə yardım aparan gəmidə olan şəxslərdən biri idi.
Bildiyiniz kimi, yardım gəmisinə beynəlxalq sularda İsrail donanmasının hücumu nəticəsində 10 Türk vətəndaşı həyatını itirdi.
Xanım deputat yardım gəmisinə İsrail donanmasının hücumunu Parlamentdəki çıxışı zamanı tənqid etmiş, bu səsəbdən də toxunulmazlığı ləğv edilərək istintaqa cəlb olunmuşdu.

 

 

 

 

24.
Baş Nazir Əhməd Davudoğlu Portuqaliyaya rəsmi səfərini tamamlayaraq ABŞ-na gəlib.
Davudoğlu Nyu-Yorkdakı görüşləri zamanı iş adamlarını Türkiyəyə ivestisiya yatırmağa dəvət edəcək.
Baş Nazir daha sonra Türk-Amerikan şurasının rəhbəri Hovard Bizini qəbul edəcək.
Davudoğlu bir beynəlxalq bankın rəhbərləri ilə isə axşam yeməyində görüşıcık.
Əhməd Davudoğlu Nyu-York səfərinin ilk günündə son olaraq Türk Amerikan dərnəklərinin idarəçiləri ilə görüş keçirəcək.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr