Avstriyada Xocalı yürüşləri

Avstriyada Xocalı yürüşləri

227223
Avstriyada Xocalı yürüşləri

  Xocalı soyqırımının 23-cü ildönümü Avstriyada xatırlanıb.

  Cümə günü paytaxt Vyanada bu dəfə də Xocalı soyqırımı nümayişlə qeyd edilib. 200-dən çox insan küçələrə çıxaraq erməni-rus əsgər birləşmələrinin 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı qəsəbəsində törətdiyi qətliama etiraz bildiriblər.

  106 qadın, 83 uşaq, ümumiyyətlə isə böyüklü-kiçikli 613 Azərbaycan Türkünün vəhşicəsinə qətli nəticəsində şəhid olmuş qarabağlıların dərdi bir daha Avstriya ictimaiyyətinin diqqətinə çatdırılıb.

  Azərbaycan və Avstriya bayraqları qaldıran və "Xocalı üçün ədalət” şüarlarıyla çıxış edən insanların yürüşü Avstriya Parlamentinin qarşısında sona çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr