Türkiyə Yəməndəki vətəndaşlarına görə narahatdır

Körfəz Əməkdaşlıq Şurası BMT müqaviləsinin qüvvəyə minməsini istəyiblər

218987
Türkiyə Yəməndəki vətəndaşlarına görə narahatdır

  Körfəz Əməkdaşlıq Şurasının Xarici İşlər nazirləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına Yəmənə hərbi müdaxilə etməyə çağırıblar.
Xarici İşlər nazirləri dünən Yəməndəki son vəziyyəti müzakirə etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Riyadda görüşüblər və Yəmənə dəstək olduqlarını bildiriblər. Onlar Birləşmiş Millətlər Təşkilatı müqaviləsinin hərbi müdaxiləyə icazə verən 7-ci hissəsinin qüvvəyə minməsini istəyiblər.

  Qeyd edək ki, BMT müqaviləsinin 7-ci hissəsində yazılır: “BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və ya da yenidən qurmaq üçün hava, dəniz və ya quru qüvvələri vasitəsilə lazımi tədbirlər görə bilər”.

  Türkiyənin Xarici İşlər nazirliyi isə Yəməndəki bu vəziyyətdən narahat olaraq orda yaşayan vətəndaşlarını bu ölkədən çıxmağa və zəruri olmadığı təqdirdə getməmələrini məsləhət görüb.

  Körfəz Əməkdaşlıq Şurası Xarici İşlər nazirləri görüşdə həm də bu məsələləri müzakirə edblər. Onlar siyasi böhranın yaşandığı Yəməndə əksəriyyəti qadın və uşaqlardan ibarət olan 15 milyona yaxın (14,7) adamın qidalanma, sağlamlıq və təhsil problemləriylə qarşı-qarşıya qaldıqlarını diqqətə çatdırıblar və BMT-nin Uşaqlara Kömək Fondu, yəni UNICEF-dən yəmənli uşaqların ehtiyaclarını qarşılamaq üçün 2015-ci il üçün 60 milyon dollar yardım ayırmasını istəyiblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr