Mursinin mәhkәmәsi tәxirә salınıb

Mәhәmmәd Mursi mәhkәmә prosesi ötәn gün paytaxt Qahirәdә Polis Akademiyasında davam etdirilib.

218891
Mursinin mәhkәmәsi tәxirә salınıb

Misirdә hәrbi cevriliş yolu ilә hakimiyyәtdәn uzaqlaşdırılmış ilk seçilәn dövlәt başçısı Mәhәmmәd Mursi vә 130 nәfәrin ittiham edildiyi "hәbsxanaya hücum" işi üzrә mәhkәmә prosesi ötәn gün paytaxt Qahirәdә Polis Akademiyasında davam etdirilib.
Mursi dindirilmәdә özü vә Müsәlman Qardaşları Tәşkilatının 10 üzvünün Qatar dövlәtinә casusluq etmәkdә günahlandırılmasını rәdd edib. O, qәzetlәrdә bu barәdә yazılanlara münasibәt bildirmәyib. Mursi bu iddia üzrә bu gün keçirilmәsi planlaşdırılan mәhkәmә prosesinәdәk hakimdәn vәkillәri ilә görüşmәsini tәlәb edib.
Mәhkәmә heyәti Mursinin istәyini qәbul edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr