Danimarkada terror

Danimarkada terror

218874
Danimarkada terror

  Paytaxt Kopenhagendə “İslam və ifadə azaldığı” mövzusunun müzakirə edildiyi bir mərkəzə hücum edilib, bir nəfər ölüb, 3 polis yaralanıb.

  Maraqlıdır ki, panelə qatılanlar arasında 2007-ci ildə Həzrəti Məhəmmədin şəkilini çəkərək mübahisə və münaqişələrə səbəb olan İsveçli Lars Vilks də var idi. Hücum vaxtı Vilks və tədbirdə iştirak edən Fransa səfirini yaralanmadan hadisə yerindən uzaqlaşdırmağa nail olublar.

  Danimarkanın baş naziri Helle Torninq Şmit (Helle Thorning-Schmidt) hadisəni bir terror hücumu adlandırıb. Buna baxmayaraq, Kopenhagendə ikinci dəfə silah səsləri eşidilib. Ölkənin ən böyük sinaqoqunun yerləşdiyi küçədə törədilən silahlı hücumda 3 nəfər yaralanıb. Polis dərhal yeni hücum ehtimalına qarşı təhlükəsizlik tədbirləri görərək küçənin yaxınlığındakı qatar stansiyasından insanları uzaqlaşdırıb.

  Hər iki hücumu törədənlər hadisə yerlərindən qaçmağa nail olublar. Bir neçə saat sonra yenə silah səsləri gəlib. Qatar stansiyasında bir nəfər polislərə atəş açıb, əks cavabla öldürülüb. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr