Suriyada yaşanan vәtәndaş müharibәsi hәr keçәn gün şiddәtlәnir

Suriya İnsan Haqları Tәşkilatı Əsәd rejiminә sadiq ordu qüvvәlәrinin 5-9 fevral tarixlәrindә Şәrqi Qutaya hücumu nәticәsindә 178 nәfәrin hәyatını itirdiyini açıqlayıb.

216873

Tәşkilatın hazırladığı hesabatda 370-dәn artıq nәfәrin dә yaralandığı bildirilir.
Hәyatını itirәn hәr yüz nәfәrin 32-sinin qadın vә uşaq olduğu vurğulanan hesabatda deyilir ki, rәqәmlәrin özü dә hәdәf alınanların mülki şәxslәr olduğunu tәsdiqlәyir.
Hesabatda o da qeyd olunur ki, Şәrqi Quta sakinlәri dәrman vә qida qıtlığından әziyyәt çәkirlәr.
Qeyd edәk ki, Birlәşmiş Millәtlәr Tәşkilatı Tәhlükәsizlik Şurasının qәrarı ilә bölgәyә tibbi lәvazimatlar, dәrmanlar göndәrilsә dә bu yardımların әksәriyyәtinin Əsәd rejimini dәstәklәyәnlәrin әlinә keçdiyi bildirilir.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr