İranın sabiq prezidenti Әhmǝdinejadın maraqlı açıqlaması

İranın sabiq prezidenti Mahmud Әhmǝdinejad TRT-yǝ açıqlama verib.

215821
İranın sabiq prezidenti Әhmǝdinejadın maraqlı açıqlaması

8 il Qǝrbә meydan oxuyan vǝ ölkǝsinin nüvǝ proqramı mәsәlәsindә güzǝştǝ getmǝyǝn İranın sabiq prezidenti Mahmud Әhmǝdinejad TRT-yǝ açıqlama verib.
Bölgǝnin iki böyük gücü olan Türkiyǝ vǝ İranın ǝmǝkdaşlıq etmǝsinin vacibliyinǝ toxunan Әhmǝdinejad İslam ölkǝlǝri arasında fikir ayrılığı yaratmağa cǝhd göstǝrildiyini, bu tǝlǝyǝ düşülmǝmǝsinin vacibliyini dilǝ gǝtirib.
Әhmǝdinejad İranın nüvǝ proqramına da toxunaraq deyib ki, bu, İran üçün milli bir mǝsǝlǝdir. İran “Nüvǝ silahlarının yayılmasının qarşısının alınması müqavilǝsi”ni imzalayıb vǝ mǝqsǝdi silah yox, nüvǝ enerjisi istehsal etmǝkdir. Bu, İranın da haqqıdır.
Әhmǝdinejad Türkiyǝnin Fǝlǝstin mǝsǝlǝsindә tutduğu mövqeyi dǝ tǝqdir edәrәk bildirib ki, Qüds hamımızın, bütün müsǝlmanların müqǝddǝs mǝkanıdır: “ Mǝscid-i Әqsada yaşananlar hamımızı mәyus edib, bunu heç vaxt bağışlamayacağıq. İşğal altındakı torpaqlarda qan axıdılır. Türkiyǝ dǝ Fǝlǝstin mǝsǝlǝsinǝ hǝr zaman dǝstǝk verir vǝ biz bundan qürur duyuruq”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr