İki məntəqə azad edildi

Ukrayna ordusundan əks-hücum

215438
İki məntəqə azad edildi

  Ukraynanın könüllü “Azov” polku separatçıların Novoazovsk istiqamətindəki mövqelərinə hücuma keçib. Bu barədə polkun Facebook səhifəsində bildirilib.

  “Saxanki istiqamətindəki blok-post götürülüb. Düşmən geri çəkilir”, - məlumatda deyilib.

  Polkdan həmçinin bildiriblər ki, Pavlopol yaşayış məntəqəsi azad edilib və Oktyabr istiqamətində hücum başlanır.

  Polkun mətbuat xidmətindən isə bildirilib ki, bu gün səhər Ukrayna ordusu Novoazovsk istiqamətində hücuma keçərək Şirokino yaşayış məntəqəsini azad edib. Hər iki tərəf müxtəlif çaplı silahlardan və ağır texnikalardan istifadə edir. Rusiya aviasiyası 3 dəfə Ukrayna hava məkanını pozub, lakin hər hansı zərbə endirməyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr