İŞİD-ә qarşı quru әmәliyyat başladılacaq

Terror tәşkilatı İŞİD-ә qarşı quru әmәliyyat başladılır.

214469
İŞİD-ә qarşı quru әmәliyyat başladılacaq

Iraq silahlı qüvvәlәri yaxın zamanda terror tәşkilatı İŞİD-ә qarşı quru әmәliyyata başlayacaq.
İordaniya Xәbәr agentliyi “OMAN”ın mәlumatına görә, İŞİD ilә Qlobal Mubarizә hәrәkatının xüsusi tәmsilçisi Con Allen әmәliyyatın beynәlxalq koalisiyanın dәstәyi ilә hәyata keçirilәcәyini acıqlayıb.
Beynәlxalq koalisiyanın quru әmәliyatında 12 Iraq batalyonunu tәlimatlandıracağı vә silahlandıracağını deyәn Allen hazırda 62 ölkәnin iştirak etdiyi koalisiyanın genişlәndirilmәsi üçün Asiya ölkәlәri ilә danışıqlar aparılacağını qeyd edib.
Allen İŞİD-ә qarşı strategiyanın tәşkilatı mәhv etmәyı nәzәrdә tutduğunu da vurğulayıb.
Qeyd edәk ki, terror tәşkilatı İŞİD-in Mosulu vә digәr bölgәlәri әlә geçirmәsiylә başlayan toqquşmalar davam edir.
Amerika Birlәşmiş Ştatlarının başçılıq etdiyi koalisiyaya üzv ölkәlәr hәrbi tәyyarәlәri ilә ordu quvvәlәrinә dәstәk verir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr