İraqın müxtǝlif yerlǝrindǝ silahlı toqquşmalar davam edir

Ramadi şǝhǝrindǝki son toqquşmalarda 10 DEAŞ silahlısının öldüyü, 4 polis ǝmǝkdaşının isǝ yaralandığı açıqlanıb.

213685
İraqın müxtǝlif yerlǝrindǝ silahlı toqquşmalar davam edir

Ramadi şǝhǝrindǝki son toqquşmalarda 10 DEAŞ silahlısının öldüyü, 4 polis ǝmǝkdaşının isǝ yaralandığı açıqlanıb.
Suriyada isǝ Әsǝd qüvvǝlǝri qadın-uşaq fǝrqi qoymadan qǝtliam hǝyata keçirmǝkdǝ davam edir.
Әsǝd qüvvǝlǝrinin iki gün öncǝ hǝyata keçirdiyi vǝ 80 nǝfǝrin öldüyü hava zǝrbǝlǝrindǝn dǝrhal sonra görüntülǝr yayımlanıb.
Dinc ǝhalidǝn insanların meytlǝri dağıntıların altından çǝtinliklǝ çıxarılıb.
Digǝr tǝrǝfdǝn iordaniyalı pilotun vǝhşicǝsinǝ öldürülmǝsindǝn sonra İordaniya hava qüvvǝlǝri tǝşkilata qarşı ǝmǝliyyatlarını artırıb.
DEAŞ terror tǝşkilatı, Suriyada girov saxladığı Kayla Mueller adlı amerikalı qadının İordaniyanın hǝyata keçirdiyi hava ǝmǝliyyatında hǝyatını itirdiyini açıqlayıb. Lakin girovun valideynləri onun hələ də sağ olduğuna "ümidli" olduqlarını bildirirlər.
Ağ Ev rəsmiləri deyirlər ki, onun öldüyünü göstərən heç bir sübut görməyiblər.
Almaniyanın terror tǝşkilatı DEAŞ ilǝ mübarizǝ üçün İraq Kürd Regional Rǝhbǝrliyinǝ 13 milyon avro mǝblǝğindǝ silah yardımı edǝcǝyi bildirilib.
DEAŞ-la qlobal sǝviyyǝdǝ mübarizǝ dǝ davam edir.
ABŞ-da 6 nǝfǝr DEAŞ-la ǝlaqǝsi olduğu sǝbǝbindǝn saxlanılıb. Onların Bosniya-Herseqovina vǝtǝndaşı olduqları bildirilib.
DEAŞ-ın maliyyǝ qaynaqlarına qarşı mübarizǝ dǝ davam edir.
BMT Tǝhlükǝsizlik Şurası, DEAŞ-ın nǝft, antik ǝsǝr satışı vǝ fidyǝ vasitǝsilǝ gǝlir ǝldǝ etmǝsinǝ mane olmaq üçün yeni qǝrar layihǝsini müzakirǝ edir. Qǝrar layihǝsinin gǝlǝcǝk hǝftǝ tǝsdiqlǝnǝcǝyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr