Rus əsilli 2 təyyarəçi qaçırılıb

Rus əsilli 2 təyyarəçi qaçırılıb

207851
Rus əsilli 2 təyyarəçi qaçırılıb

  BMT və Afrika Birliyi Ortaq Sülh Gücü (UNAMID) təşkilatı Sudanın qərbindəki Darfur bölgəsində rus əsilli 2 təyyarəçinin qaçırıldığını məlumat verib.

  Təşkilatın katibi Əşrəf İsa bildirib ki, "Onlar bir hava yolu şirkətində bağlanan müqaviləyə əsasən burada çalışırdılar. Amma kimliyi naməlum adamlar tərəfindən qaçırılıblar. Təxminə görə, onları Darfurun mərkəzi Zalinciyə aparıblar”.

  Qaçırılanların təhlükəsizliyi barədə heç bir şey deyə bilməyən Əşrəf İsa məsələylə bağlı Sudanlı səlahiyyətlilərlə əlaqəli hərəkət etdiklərini diqqətə çatdırıb.
Xatırladaq ki, yağma, öldürmə və fidyə qarşılığı adam qaçırma hadisələrinin yaşandığı Darfur bölgəsində UNAMID 2008-ci ildən bəri fəaliyyət göstərir və müxtəlif milli mənsubiyyətli 20 mindən çox təhlükəsizlik gücündən ibarətdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr