Daha bir fələstinli gənc öldürülüb

İsrail əsgərləri fələstinli gənci öldürüb.

204709
Daha bir  fələstinli gənc öldürülüb

İsrail Ordu Radiosu bildirib ki, İordan çayının qәrb sahilindә İsrailә mәxsus hərbi texnikaya molotofkokteyli atdığı irəli sürülən bir Fələstinli, əsgərlərin açdığı atəş nəticəsində həyatını itirib.
Nablusun cənubunda yerlәşәn Buri şәhәrinin Bələdiyyə Məclis Başçısı Raid ən-Nəccar isə, Fələstinli gəncin, mәskunlaşdırılmış Yəhudilәrin keçişlәri üçün hәsr edilәn prospektin yaxınlığında öldürüldüyünü, cəsədin isә Fələstin Qızıl Aypara Cәmiyyәtinә tәhvil verilmәdiyini bildirib.
Digər tərəfdən, İsrailin Rouhofot şəhərində bir avtomobilin partlaması nәticәsindә 3 nəfər xәsarәt alıb.
İsrail Polis sözçüsü Luba Simarə, təhlükəsizlik güclərinin hadisə ilә bağlı istintaq başlatdığını qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr