"İsrail ordusu" dinc әhali- silahlı döyüşçü ayrı-seçkiliyi edə bilmədi"

Qəzza döyüşündə dinc sakinlәrin ölümlәrindә İsrail ordusu ittiham edilir.

193538
"İsrail ordusu" dinc әhali- silahlı döyüşçü ayrı-seçkiliyi edə bilmədi"

ABŞ-ın Həkimlərin Hüquqlarının Müdafiәsi təşkilatı, Qəzza döyüşündə dinc sakinlәrin ölümlәrindә İsrail ordusunu ittiham edir.
Təşkilat İsrailin ötәn il Qəzzaya təşkil etdiyi hücum ilə bağlı yayımladığı hesabatda bildirilib ki, Qəzzalılara hücumlarla bağlı əvvəlcәdәn xəbərdarlıqlar edilmәdi. İsrail ordusu dinc sakinlәr ilә silahlı döyüşçülәri bir- birindәn fәrqlәndirmәdi.
Döyüş zamanı insan haqları pozuntuları edilәrәk səhiyyə işçilərinin belә öldürüldüyü ifadә edilәn hesabatda, mövzu ilә bağlı beynəlxalq istintaqın başladılmasının vacibliyi vurğulanıb.
Qeyd edәk ki, İsrailin 50 gün davam edən Qəzza hücumunda çoxu dinc sakin olmaqla 2 min 200 Fələstinli həyatını itirib, 100 minәdәk insan evsiz qalıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr