Azǝrbaycan 20 Yanvar şǝhidlǝrini anır

Azǝrbaycan xalqı 20 Yanvar faciǝsini heç vaxt unutmadı.

192106
Azǝrbaycan 20 Yanvar şǝhidlǝrini anır

Azǝrbaycan xalqı 20 Yanvar faciǝsini heç vaxt unutmadı.
20 Yanvar faciəsi Azǝrbaycanın qan yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlər qanları ilə Azərbaycanın yeni tarixini yazdılar.
XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 25 il ötür. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu görünməmiş ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı il yanvarın 20-də qanlı divan tutuldu.
Mǝqsǝd; müstǝqillik istǝyǝn Azǝrbaycan xalqını sǝsini çıxarmasına mane olmaq, Sovet İttifaqındakı digǝr cümhuriyyǝtlǝri göz dağı çǝkmǝk idi.
Sovet ordusu gǝnc-yaşlı, qadın-kişi fǝrqi qoymadan qarşısına çıxan hǝr kǝsi qǝtlǝ yetirdi.
O gün Azǝrbaycan müstǝqillik uğrunda 130-dan çox yǝhid verdi.
Cari il dǝ 20 Yanvar şǝhidlǝri unudulmadı.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanında olub.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Daha sonra, dövlǝt rǝsmilǝri vǝ xalq şǝhidliyǝ axışıb...
Metro vǝ küçǝlǝrdǝ şǝhidlǝr sükutla yad edilib, Bakı şǝhidlǝrini qǝrǝnfillǝrlǝ xatırlayıb.
20 Yanvar faciǝsinin 25-ci illiyi üçün TRT-nin Bakı Nümayǝndǝliyi vǝ TRT AVAZ tǝrǝfindǝn özǝl buraxılış hazırlanıb.
Bakı vǝ Ankaradan canlı olaraq aparılan özǝl yayımda 20 Yanvar faciǝsi 90 dǝqiqǝ müddǝtindǝ detalları ilǝ qonaqlar vǝ şahidlǝrin dilindǝn tǝqdim edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr