Mahmud Abbas Türkiyəyə gəlir

Mahmud Abbas Rəcəb Təyyib Ərdoğanın dəvətinə görə bugün Türkiyəyə gəlir.

182417
Mahmud Abbas Türkiyəyə gəlir

Fələstin Dövlət Başcısı Mahmud Abbas Rəcəb Təyyib Ərdoğanın dəvətinə görə bugün Türkiyəyə gəlir.
Mahmud Abbas-ın Türkiyə səfəri iki gün davam edəcək.
Qonaq Dövlət Başcısı Mahmud Abbas, prezident Ərdoğan tərəfindən Prezident Sarayında rəsmi mərasimlə qarşılanacaq.
Qonaq prezidentin səfər çərçivəsində baş tutacaq görüşlәrdә Sərqi Qüdüsdə cәrәyan edәn gərginlik, Qəzzadakı son vәziyyәt, Türkiyənin Fələstinə etdiyi yardım kimi mövzularla bağlı fikir mubadiləsi aparılacaq. 2014 ildə İsrail hücumları nəticəsində mәhv olan infrastrukturun yenidən inşası üçün Türkiyənin dəstəyi mövzusu da tәhlil edilәcәk.
Xatırladak ki, Türkiyә 2015-ci ildә Fәlәstinә yardım çәrçivәsindә 200 milyon dollarlıq büdcə həsr edib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr