Mahmud Abbas Türkiyəyə gəlir

Mahmud Abbas, prezident Rəcəb Tayyib Ərdoğanın dəvətinә görә Türkiyəyə gəlir.

180938
Mahmud Abbas Türkiyəyə gəlir

Fələstin Dövlət Başçısı Mahmud Abbas yanvarın 12-si prezident Rəcəb Tayyib Ərdoğanın dəvətinә görә Türkiyəyə gələcək.
Mahmud Abbasın Türkiyə səfəri iki gün davam edəcək.
Abbas, prezident Ərdoğan tərəfindən Prezident Sarayında qəbul olunacaq.
Səfər çərçivəsində Şərqi Qüdsdə yaşanan gərginlik, Qəzzadakı son vəziyyət, Türkiyənin Fələstinə etdiyi yardımlar kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Bundan başqa 2014-ci ildә İsrail hücumları nəticəsində 2 min adamın öldüyü Qəzzada, hava hücumlarının məhv etdiyi infrastrukturun yenidən inşası üçün Türkiyənin dəstəyi məsələsi də müzakirə olunacaq. Qeyd edək ki, Türkiyə bu çərçivədə yenidən abadlığı üçün 200 milyon dollarlıq büdcə hәsr edib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr