İŞİD-lə mübarizə davam edir

Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələri, Suriya və İraqda hava hücumları təşkil edir.

178544
İŞİD-lə mübarizə davam edir

Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələri, Suriya və İraqda hava hücumları təşkil edir.
Hər iki ölkədə qarşıdurmalar davam edir.
İŞİD silahlıları İraqın Səmərra şəhərini mühasirəyə alaraq hücumlar təşkil edib.
Hücumlar nəticəsində 8 nəfər ölüb, 28-i isə yaralanıb.
Paytaxt Bağdadda təşkil edilən hücumlarda isə 15 nəfər həyatını itirib, onlarla adam yaralanıb.
Bu arada, Suriyadan da qarşıdurmalar olduğuna dair xəbərlər gəlməyə davam edir.
Terror təşkilatı Əl Qaidə ilə əlaqəli Nusra Cəbhəsinin ölkənin cənubunda olan bir türbəni partlatdığı bildirilir.
Müxalifǝt qüvvələri isə ordunun nəzarətində olan bölgələrə qrad tipli raketlərlə hücumlar təşkil edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr