Misrata şәhәrinә bomba yağdırılıb

General Xəlifə Hafterin nәzarәtindәki qırıcı tәyyarәlәr, ilk dəfə Misrata şəhərinә aviazәrbә tәşkil ediblәr.

163652
 Misrata şәhәrinә bomba  yağdırılıb

Liviyada çevrilişә cəhd edәn General Xəlifə Hafterin nәzarәtindәki qırıcı tәyyarәlәr, ilk dəfə Misrata şəhərinә aviazәrbә tәşkil ediblәr.
General Hafterin Misratadaki silahlılara verdiyi 72 saatlıq ultimatum sona çatdıqdan sonra başlayan hava hücumlarında Misrata hava limanı, aviasiya fakültəsi və dəmir polad fabriki hədəf götürülüb.
Silahlılar, Sidra və Liviyanın şərqindəki Ras Lanufdakı neft limanlarına hücum tәşkil edirlәr.
Ölkədəki müxalif qruplar, Trablus və Bingazi kimi böyük şәhәrlәr daxil, ölkənin böyük bir hissəsinə nәzarәti әlә keçiriblәr.
Digər tərəfdən, BMT, Liviyada General Xəlifə Hafterә mәnsub döyüş təyyarələrinin Misrata şəhərini bombalaması səbəbiylə aralarında qarşıdurma baş verәn qrupların sülh danışıqlarında iştirak etmiyәcәklәrini bildirib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr