İŞİD, daha bir hәrbi tәyyarәni vurduğunu açıqlayıb

İŞİD, Bağdadın şimalında yerlişәn Əl-Hadira bölgəsində bir hərbi təyyarəni vurduğunu irәli sürüb.

163635
İŞİD, daha bir hәrbi tәyyarәni vurduğunu açıqlayıb

Terror təşkilatı İŞİD, Bağdadın şimalında yerlişәn Əl-Hadira bölgəsində bir hərbi təyyarəni vurduğunu irәli sürüb.
Terror təşkilatının nәzarәtindә veriliş aparan bir radiodanun mәlumatına görә, İraqın paytaxtı Bağdadın şimalındakı əl-Bələd stansiyası yaxınında salınan təyyarənin pilotu girov götürülüb.
Kimә aid olduğu bilinmәyәn təyyarәnin vurulduğuna dair iddalar ilә bağlı, Amerika Birləşmiş Ştatları rəhbərliyindəki koalisiya qüvvәlәr vә İraqlı səlahiyyətlilərin açıqlama vermәmәsi diqqәt çәkir.
Qeyd edәk ki, İordaniya, ötәn həftə, Suriyanın Rakka şəhərində, vurulan tәyyarәnin özlәrinә mәxsus olduğunu vә pilotun isә İŞİD tәrәfindәn girov götürüldüyünü açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr