Bakının ən böyük məscidinin inşası tamamlanır

Prezident və xanımına məscidin tikintisiylə bağlı məlumat verilib.

159676
Bakının ən böyük məscidinin inşası tamamlanır

Azərbaycan Prezidenti İlham Əliyev iki il əvvəl inşasına başladılan Heydər Məscidində aparılan son tamamlama işlərinin gedişiylə tanış olub. Prezident və xanımına məscidin tikintisiylə bağlı məlumat verilib. Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunan yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Artıq məscidin fasadında bütün işlər görülüb, 72 metr hündürlüyündə 4 minarənin inşası başa çatıb. Məsciddə eyni vaxtda 4 min 200 adam ibadət edə biləcək.
Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr