Pakistanın Daxili İşlər nazirliyindən xəbərdarlıq

Pakistanın Daxili İşlər naziri Nisar Əli Xan terrorla mübarizədə xalqın dəstəyinin böyük əhəmiyyət daşıdığını bildirib.

155659
Pakistanın Daxili İşlər nazirliyindən xəbərdarlıq

Pakistanın Daxili İşlər naziri Nisar Əli Xan, ötən gün təşkil etdiyi mətbuat konfransında, terrorla mübarizədə xalqın dəstəyinin böyük əhəmiyyət daşıdığını, terroristlərə qarşı daha diqqətli olmanın vacibliyini bildirib.
Terrorla mübarizənin bir gündə bitəcək bir məsələ olmadığını ifadə edən nazir, “Bizdə olan məlumatlara görə terrorçular Pişəvər şəhərindəki məktəb hücumuna bənzər daha bir terror aktı planlayırlar, hər kəs çox diqqətli olmalıdır” deyə bildirib.
Otel sahibləri ilə telefon şirkətlərinə də xəbərdarlıq edən Nisar Əli Xan, müştərilərin ətraflı araşdırılmasını istəyib.
Xatırladaq ki, dekabr ayının 16-da Pakistanın Pişəvər şəhərində məktəblərdən birinə təşkil edilən hücumda 132-si uşaq olmaqla, 148 nəfər həyatını itirib. Terror aktını “Taliban” qruplaşması öz üzərinə götürüb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr