İraq Türkmən Cəbhəsi millət vəkili Nihat Bayatlı vəfat edib

Ərbildə bir həftədir müalicə olunan İraq Türkmən Cəbhəsi millət vəkili Nihat Bayatlı vəfat edib.

146319
İraq Türkmən Cəbhəsi millət vəkili Nihat Bayatlı vəfat edib

Ərbildə bir həftədir müalicə olunan İraq Türkmən Cəbhəsi millət vəkili Nihat Bayatlı vəfat edib.
Beyin qanaması keçirən 57 yaşındakı Bayatlı, Ərbildəki özəl xəstəxanaların birinin reanimasiya şöbəsində bir həftədir müalicə alıb. Bayatlının cənazəsi, Kərkükdə torpağa tapşırılıb. Türkmən siyasətində aktivliyi ilə tanınan Bayatlı evli olub, beş övladı var.
İraq Türkmən Cəbhəsi millət vəkili Aydın Maruf, Bayatlının, son zamanlarda onu hədəf alan terror hücumlarına görə çox narahat olduğunu bildirib. Bayatlının daha əvvəl Kərkükdəki evinin bombalandığından danışan Maruf, “Keçən həftə beyin qanaması keçirib. Reanimasiya şöbəsində müalicə alıb, bugün səhər saatlarında vəfat edib. Türkmən xalqının başı sağ olsun” deyə bildirib.
Maruf, son dövrdə dörd əhəmiyyətli Türkmən nümayəndəsini itirdiklərini sözlərinə əlavə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr