Azǝrbaycan-Ermǝnistan tǝmas xǝttindǝ atışma

Dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstərib.

141964
Azǝrbaycan-Ermǝnistan tǝmas xǝttindǝ atışma

Azǝrbaycan Müdafiǝ Nazirliyinin məlumatına görə, dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstərib. Azǝrbaycan Silahlı Qüvvələri bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir itki olmadığı, cəbhə boyu vəziyyətə tam nəzarət edildiyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr