Azirbaycan ilә Türkiyә arasında ortaq peyk

Türkiyə və Azərbaycan ortaq peyk istehsal etmәyi planlaşdırır.

136574
Azirbaycan ilә Türkiyә arasında ortaq peyk

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Elm və texnologiya üzrә nazirlər toplantısı Azərbaycanın paytaxtı Bakıda keçirilib.
Türkiyәni Elm, Sənaye və Texnologiya naziri Fikri Işıkın tәmsil etdiyi Yığıncaqda üzv ölkələrin elm və texnologiya sahəsində 4 illik fəaliyyət planı qəbul edildi.
Elm, Sənaye və Texnologiya naziri Fikri IŞIK, yığıncaq ilә bağlı TRT-yә verdiyi açıqlamada, tədqiqatçılar arasında əməkdaşlığı artırmaq, araşdırmaçı vә tələbə mübadiləsi, universitetlər arasında əməkdaşlığın irәlli pillәlәrә çıxarılmasını nәzәrdә tutan bir deklarasiya imzalayacaqlarını qeyd edib.
Bakıya sәfәri çәrçivәsindә keçirilәn görüşlәrdә Azərbaycan ilə Türkiyə arasında ortaq peyk istehsal layihəsinә dair danışıqların aparıldığını ifadә edәn Işık Bakıdakı bəzi müəssisələrә dә baş çәkib. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnag Abdullayev ilə dә bir araya gәlib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr